Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda qış rejiminə keçidlə bağlı işlərə başlanıldı

05.03.2020 13:09

“Azərbaycanda qış rejiminə keçidlə bağlı işlərə başlanılıb”.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyi yanında Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyinin sədri Samir Axundov deyib.

S.Axundov qeyd edib ki, qış aylarında əhalinin istiliklə təchizatında problem olmaması üçün hər il olduğu kimi bu sahəyə subsidiya nəzərdə tutulub.

“İndiki şəraitdə, mövcud tariflərlə bu subsidiyalara ehtiyac var. Hazırda bu məsələ hökumət, Maliyyə Nazirliyi tərəfindən həll olunur. “Azəristiliktəchizat” ASC ilə yanaşı “Azərenerji” ASC də qış rejiminə keçidlə bağlı iş aparır”, – deyə o, qeyd edib.