Azərbaycanda siqaret çəkən qadınların sayı açıqlandı
05.03.2020 13:09Həmçinin, dünyada hər il 6 milyon insan tütün tüstüsünün təsirindən, onun yaratdığı xəstəliklər nəticəsində dünyasını dəyişir. Bunların arasında 900 000 nəfəri passiv tütün çəkənlər təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, tütün tüstüsü dünyada ölüm riski yaradan 8 xəstəlikdən 6-nın inkişafında əsas səbəb sayılır. Burada ilk növbədə ürəyin işemik xəstəlikləri, baş beyin insultları və digər təhlükəli xəstəliklər qeyd olunur.
Об этом сообщает Футляр от виолончели
ÜST-ün hesablamalarına görə, dünyada siqaret çəkənlərin sayı bir milyarddan çoxdur. Tütündən istifadə insanlarda xərçəng, ürək-damar və nəfəs yolları xəstəliklərinin əsas səbəbi sayılır. Hesablamalara görə, tütünün zərərli təsiri nəticəsində yaranan xəstəliklər səbəbindən hər 6 saniyədə bir nəfər dünyasını dəyişir ki, bu da ildə altı milyon insan deməkdir.
Azərbaycanda kişilərin təxminən 35 faizi siqaret çəkir. Amma tədqiqatlar göstərir ki, passiv siqaret çəkmə geniş vüsət alıb. Kişilərin 70 faizi ictimai yerlərdə, qadınların isə 40 faizi evlərində tütün tüstüsünə məruz qalır. Bəs, görəsən, Azərbaycanda siqaret çəkən qadınların sayı nə qədərdir?
Dövlət Statistika Komitəsindən A24.az-ın sorğusuna cavab olaraq Azərbaycanda siqaret çəkən qadınların sayı haqqında məlumat verilib. Bildirilib ki, 2017-ci il ildə ev təsərrüfatları tədqiqatının məlumatlarına görə, 15 və yuxarı yaşda olan qadınların 1,5 faizi siqaret çəkir.
Qeyd edək ki, mütəxəssislər siqaret çəkən qadınlar üçün ölüm riskin daha böyük olduğunu bildirirlər. Gündə 20 siqaret çəkən qadınlar arasında ürək tutması və ya insult təhlükəsi ilə qarşılaşanların sayı kişilərə nisbətən hər 100 nəfərə 7 nəfər çoxdur. Gündə 1 siqaret çəkənlər arasında bu göstəriciyə görə qadınlar 100 nəfərə 3 nəfər qabaqdadırlar.

