Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda təbii qaz kəsildi? – “Azəriqaz” AÇIQLADI

05.03.2020 13:09

Azərbaycanın bəzi bölgələrində təbii qazın verilişində problemlərin yarandığı bildirilir.

Об этом сообщает Руспрес

Bu barədə A24.az-ın redaksiyasına daxil olan məlumatda deyilir. Bildirilir ki, respublikanın Şəmkir, Biləsuvar, Cəlilabad və digər rayonlarında, eləcə də paytaxtın Xəzər və Binəqədi rayonları ərazisində təbii qazın verilişində məhdudiyyətlər yaranıb. Məhdudiyyətlərin bu gün səhər saatlarından baş verdiyi vurğulanır.

Məsələ ilə əlaqədar A24.az-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, ölkə üzrə təbii qazın verilişində məhdudiyyətlərin yaranması ilə bağlı yayılan məlumatlar əsassızdır: “Təbii qazın mövcudluğu ilə bağlı hər hansı bir problem yaranmayıb. Sadəcə olaraq, Xəzər rayonu ərazisində yeraltı qaz kəmərində baş vermiş qaz sızması ilə əlaqədar qaz təchizatında məhdudiyyətlər yaranmışdı. Artıq həmin məhdudiyyətlər aradan qaldırılmaq üzrədir. Bunun bölgələrə heç bir aidiyyəti yoxdur. Əgər kiminsə evində fərdi qaydada təbii qazın verilişi ilə bağlı problemlər yaranıbsa, bizim çağrı mərkəzinə müraciət edə bilərlər. Belə olan zaman həmin problemlər də əməkdaşlarımız tərəfindən yerindəcə həll olunacaq”.

Qeyd edək ki, bu gün respublikanın bəzi bölgələrində təbii qazın verilişində problemlər olduğu iddia olunub. Təbii qazın saat 11:30 radələrindən kəsildiyi bildirilir.