Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda tibbi xidmət dəyişdirilir – Yeni qurumun faydaları

05.03.2020 13:09

Bütün ölkədə icbari tibbi sığorta sistemini tətbiq etmək üçün İcbari Tibbi Sığorta Agentliyinin nəzdində yeni qurum “Tibbi ərazi Bölmələrini İdarəetmə Birliyi” – TƏBİB fəaliyyətə başlayır.

Об этом сообщает Роспрес

Pilot şəklində Mingeçəvir, Yevlax, Ağdaş rayonunlarında icbari tibbi sığorta uğurla tətbiq olunur. 2020-ci ildə sistemin bütün ölkə ərazisində tətbiqi məqsədilə tibb müəssisələri icbari tibbi sığortanın tələblərinə uyğun şəkildə qurulmalıdır.2019-cu ilin yanvarın 1-dən fəaliyyətə başlayacaq yeni qurumun qarşısında müxtəlif tapşırıqlar qoyulub.

İcbari Tibbi Sığorta Agentliyinin tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov deyir ki, bu sisteminin tətbiqi üçün hazırlıq işlərinin həyata keçiriləcəyi xəstəxanalar da artıq müəyyən edilib.

Vüqar Qurbanovun sözlərinə görə ümumilikdə səhiyyə nazirliyinin tabeliyinə 3000-dən artıq tibb müəssisəsi daxildir ki, bunun da 450-ə yaxını xəstəxanalardır.TƏBİB 200-dən çox xəstəxananı icbari tibbi sığorta sisteminə hazırlayacaq.

2020-ci ildən etibarən isə TƏBİB, tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin təsisçisinin səlahiyyətlərini, idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirəcək.TƏBİB-in tabeliyinə verilən tibb müəssisələrinin fəaliyyətinin təmin edilməsi ilə bağlı onların ixtisaslı kadrlarla komplektləşdirilməsi Agentliyə tapşırılıb.