Azərbaycanda universitet saytında BİABIRÇILIQ – Sabiq rektor hələ də rəhbər kimi göstərilir
05.03.2020 13:09Bakı Qızlar Universitetinin (BQU) iki il bundan əvvəl işdən çıxan rektoru hələ də universitetin saytında əvvəlki vəzifəsində təqdim edilir.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, universitetin saytında pedaqoji elmlər doktoru, professor, nasir və dramaturq Ağarəhim Nüsrət oğlu Rəhimov təsis etdiyi Bakı Ali Pedaqoji Qızlar Seminariyasının (İndiki Bakı Qızlar Universiteti) rektoru kimi göstərilir.
Qeyd edək ki, 2016-cı ildə BQU-ya Sevinc Rəhimova rektor təyin edilib. S.Rəhimova Ağarəhim Rəhimovun qızıdır.
Xatırladaq ki, universitetin tarixi 1992-ci ildən başlayır. Həmin il Bakı Ali Pedaqoji Qızlar Seminariyası təsdiq edilib. A. Rəhimovun sədrliyi ilə tələbə qəbulu komissiyası yaradılıb və həmin ilin 27 iyul tarixində Azərbaycan Televiziyasında Bakı Ali Pedaqoji Qızlar Seminariyasına “Pedaqogika və psixologiya”, “Pedaqogika və ibtidai təhsilin pedaqogikası” ixtisasları üzrə tələbə qəbuluna dair elan verilib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 iyul 2005-ci il tarixli Dövlət Qeydiyyatı haqqında 19 saylı şəhadətnaməsi ilə Bakı Ali Pedaqoji Qızlar Seminariyası Bakı Qızlar Universiteti adlandırılıb.

