Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Rusiyada saxlanıldı
05.03.2020 13:09Azərbaycanın İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs Rusiyada saxlanılıb.
Об этом сообщает Роспрес
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə, Nazirliyin Baş Cinayət Axtarışı İdarəsi, İnterpolun Milli Mərkəzi Bürosu və Nəsimi rayon Polis idarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Çingiz Qasımov Rusiya ərazisində saxlanılıb.
O, Azərbaycana ekstradisiya olunub.

