Azərbaycanlı millət vəkilləri İrəvanda MƏSCİDDƏ
05.03.2020 13:10Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin 52-ci Plenar Sessiyası ilə bağlı İrəvanda səfərdə olan deputatlarımız Azərbaycanın tarixi memarlıq abidəsi olan Göy Məscidi ziyarət ediblər.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, bu barədə məlumatı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov soasial media hesabında məlumat verib.
Millət vəkili Göy Məscidin tarixi və əhəmiyyətindən bəhs edib:
“Azərbaycanın memarlıq abidələrindən sayılan Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilib. Uzun onilliklər boyu yerli azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri olub. Zaman ötdükcə başına cox bəlalar gəlib: 24 metrlik 4 minarəsinin 3-ü sökülüb, müxtəlif illərdə planetariyaya, məktəbə çevrilib, 2 dəfə yandırılıb. Və nəhayət, İran tərəfindən bərpa edilib, hazırda İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən biri hesab edilir”.

