Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycan əhalisinin banklarda nə qədər pulu var? – Açıqlandı

05.03.2020 13:11

2018-ci il avqust ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 049,5 milyon manat təşkil edib.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, əmanətlərin 62,3 faizi xarici, 37,7 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 dəfə artıb, xarici valyutada əmanətlər isə 0,5 faiz azalıb.

2018-ci il avqust ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 170,7 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 9 milyard 783,9 milyon manatı və ya 80,4 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 782,1 milyon manat olub və ümumi kredit portfelinin 14,6 faizini təşkil edib.