Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycan MSN-in mühəndisləri tərəfindən yeni raket yaradılıb

05.03.2020 13:11

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən taktiki raketin eksperimental nümunəsi yaradılıb.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, “AzeriDefence”nin məlumatına görə, modul tipli eksperimental taktiki raketin stend və alov sınaqlarının ilk mərhələsi uğurla başa çatıb. Bütün tərkib hissələrinin və qovşaqlarının işləmə qabiliyyəti yoxlanılıb.

Taktiki raketin tərkibinə daxil olan modulların tərkibini, taktiki-texniki göstəricilərini və işləmə ardıcıllığını dəyişməklə onun təyinatını, taktiki-texniki göstəricilərini və s. dəyişmək mümkündür. Raket yüksək dəqiqliyə malik olacaq.

Yeni raketin inert nümunəsinin sentyabr ayının 25-dən 27-dək Bakı şəhərində keçiriləcək ADEX-2018 beynəlxalq müdafiə sərgisində ilk dəfə təqdimatı nəzərdə tutulur.