Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycan Prezidenti moldovalı həmkarına məktub göndərib

05.03.2020 13:11

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti İqor Dodona təbrik məktubu ünvanlayıb.

Об этом сообщает Руспрес

Təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident.

Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Moldovanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Əminəm ki, ikitərəfli əlaqələrin və ölkələrimiz üçün qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə yönəlmiş səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Moldova xalqına isə sülh və firavanlıq arzu edirəm”.