Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycan Tibb Universitetinin tələbəsi Qara dənizdə boğuldu

05.03.2020 13:11

Azərbaycan Dövlət Tibb Universitetinin 2-ci kurs tələbəsi olan Türkiyə vətəndaşı Qara dəniz çimərliklərindən birində boğulub.

Об этом сообщает Футляр от виолончели

Saytımız “Virtualaz.org”a istinadən xəbər verir ki, Giresunun Merkez Güre Məhəlləsi səmtində yerləşən çimərliklərindən birinə 2 dostu ilə birlikdə sərinləməyə gedən 23 yaşlı Hüseyn Topşir dənizin dalğalı olması səbəbindən axına düşüb. O, tezliklə dalğalar arasında gözdən itib. Dostları onu xilas etməyə çalışsalar da dalğaların get-gedə daha da artmasına görə heç nə edə bilməyiblər. Sahildəkilər hadisə barədə xilasetmə xidmətinə məlumat veriblər.

Xilasedicilər dünən sentyabrın 8-də axtarışlar aparsalar da nəticə əldə edilməyib, axtarışlar bu gün davam etdiriləcək.

Hüseyn Topşir bu gün Azərbaycana qayıtmağa hazırlaşırmış. Onun atası məscid imamıdır və Almaniyadakı məscidlərdən birində işləyir.