Azərbaycanda ağrılara dözə bilməyən kişi bu yola əl atdı
05.03.2020 13:11Ağdaş rayonunda xəstəliyinə dözə bilməyən kişi özünü öldürüb.
Об этом сообщает Роспрес
Saytımızın “Report”a istinadən verdiyi xəbərə görə, hadisə rayonon Ləki qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1956-ci il tarixli Nizami Niyazi oğlu Cavadov bu gün yaşadığı evin qarşısında üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakıların köməkliyilə yanğın söndürülərək dərhal Ağdaş Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq N.Cavadovun həyatını xilas etmək mümkün olmayıb. Yerli sakinlərin sözlərinə görə N.Cavadov ürək xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, bir ay öncə N.Cavadovun qardaşı da intihar edərək özünü öldürüb.
Faktla bağlı araşdırma aparılır.

