Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda daha bir uşaq ölümü – cinayət işi açıldı

05.03.2020 13:12

Bərdə rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, hadisə rayonun Dəymədağıldı kəndində baş verib.

Kənd sakini, 2012-ci il təvəllüdlü Pünhan Kərimov atası Ziyad Kərimovla birlikdə babası Bayram Kərimova məxsus həyətə gəlib.

Ziyad Kərimov həmin həyətdə su yelləncəyindən su vurarkən uşaq nəzarətsiz qalıb və bu zaman P.Kərimov yaxınlıqda olan su motoruna gələn elektrik naqilinin qurğuya birləşən hissəsinə toxunaraq naqili əli ilə sıxıb.

Hadisə nəticəsində P.Kərimovu elektrik cərəyanı vurub öldürüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci ( ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.