Azərbaycanda fəaliyyəti ilə birinciliyi ələ alan BANK
05.03.2020 13:12Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin avqust ayı üzrə analiz işini yekunlaşdırıb.
Об этом сообщает Роспрес
Saytımız Media Təqib Mərkəzi-nə istinadla banklarla bağlı avqust ayı üzrə məlumatları təqdim edir:
2018-ci ilin avqust ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 6597 xəbər yerləşdirilib. Bunlardan 83 xəbər mənfi, 6514 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında Turan Bank (26 xəbər – “Turan Bank” 3 uşaq anasını belə soymaq istəyir, Bank Qarabağı erməni dilində təqdim edir) və AG Bank (20 xəbər – Bank iflas edir, kredit verməyi dayandırdı) liderdir. Avqust ayında bu sektorla bağlı elektron mətbuatda müsbət xəbər verilməyib.
Xəbər sayına görə sıralama:
| 1 | Azərbaycan Beynəlxalq Bankı | 563 xəbər |
| 2 | Kapital Bank | 533 xəbər |
| 3 | VTB Bank | 332 xəbər |
| 4 | PAŞA Bank | 329 xəbər |
| 5 | Bank of Baku | 305 xəbər |
| 6 | Bank Standard | 305 xəbər |
| 7 | Unibank Kommersiya Bankı | 302 xəbər |
| 8 | Access Bank | 293 xəbər |
| 9 | Bank Respublika | 267 xəbər |
| 10 | AG Bank | 227 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 349 neytral xəbər dərc edilib. Avqust ayında bu sektorla bağlı yazılı mətbuatda mənfi və müsbət xəbər dərc olunmayıb.
Xəbər sayına görə sıralama:
| 1 | Azərbaycan Beynəlxalq Bankı | 87 xəbər |
| 2 | Kapital Bank | 80 xəbər |
| 3 | PAŞA Bank | 24 xəbər |
| 4 | VTB Bank | 23 xəbər |
| 5 | Bank of Baku | 16 xəbər |
| 6 | Access Bank | 15 xəbər |
| 7 | NBC Bank | 13 xəbər |
| 8 | Ata Bank | 10 xəbər |
| 9 | Bank Standard | 10 xəbər |
| 10 | AG Bank | 9 xəbər |
Avqust ayında televiziya kanallarında banklar haqqında 15 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
| 1 | Azərbaycan Beynəlxalq Bankı | 7 xəbər |
| 2 | Kapital Bank | 3 xəbər |
| 3 | Unibank Kommersiya Bankı | 2 xəbər |
| 4 | Access Bank | 1 xəbər |
| 5 | Bank Respublika | 1 xəbər |
| 6 | Bank of Baku | 1 xəbər |
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Əlaqə:
+994 12 409 90 09
+994 51 408 08 88
+994 12 408 08 88
[email protected]

