Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda İLK DƏFƏ – 3D formatlı piyada zolağı – VİDEO

05.03.2020 13:12

Azərbaycanda ilk dəfə olaraq avtomobil yollarında 3D formatlı piyada zolağı çəkilib.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, yenilik ilk dəfə Naxçıvan şəhərində tətbiq edilib.

Bu ilin əvvəlindən Naxçıvan şəhərində bir çox yolların yenidən qurulması işlərinə başlanılıb. Bir müddət əvvəl isə şəhərin mərkəzi prospektlərindən biri – Heydər Əliyev prospektində yenidənqurma işləri yekunlaşdırılıb. Prospektdə, həmçinin Avropa ölkələrində geniş tətbiq olunan 3D formatlı piyada zolaqları çəkilib.

Belə piyada zolaqlarının digər küçə və prospektlərdə də çəkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 3D formatlı zolaqların yolda qoyulmuş bordür effekti yaratması piyadaların həmin zolaqlardan daha təhlükəsiz istifadəsinə imkan verir.