Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda polis 14 yaşlı bu qızı axtarır

05.03.2020 13:12

Sumqayıt şəhərində yeniyetmə qız itkin düşüb.

Об этом сообщает Руспрес

Saytımız “Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 2004-cü il təvəllüdlü Şahanə Xalid qızı Baxşıyeva altı gün bundan əvvəl, təqribən, axşam saatlarında yaşadığı Kimyaçılar qəsəbəsindəki evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Onun əlamətləri: boyu təqribən 150 sm, orta bədən quruluşlu, uzunsov sifət, qarayanız, şabalıdı saçlı, qara qaşlı, gözlərinin rəngi qonurdur.

Evdən çıxarkən əynində ağ gülləri olan qırmızı kofta, qara şalvar və ayağında ağ rəngli idman ayaqqabısı olub.

Bu barədə məlumatı olan şəxslərdən xahiş olunur ki, (018) 65 3-02-02 və (050) 614-46-56 telefon nömrələri ilə əlaqə saxlasınlar.