Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda qanunsuz yaşayan 71 miqrant saxlanıldı – VİDEO

05.03.2020 13:12

 Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zəni da­vam etdirir.

Об этом сообщает Руспрес

DMX-nin Mətbuat xidmətindən verilən məlumata görə, DMX tərəfindən üç gün ərzində qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı müxtəlif ölkələrin vətəndaşları olan 71 əc­­nə­bi sax­­­la­nıl­ıb.

Onlardan 10 nəfərinin Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, 8-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 53 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 51-nin barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respub­li­ka­­sı hü­dud­la­rından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.

Foto Qalereya: