Azərbaycanda SIĞORTA şirkətlərinin işi heç ürəkaçan deyil
05.03.2020 13:12Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin avqust ayı üzrə analiz işini yekunlaşdırıb.
Об этом сообщает Роспрес
Saytımız Media Təqib Mərkəzi-nə istinadla sığorta şirkətləri ilə bağlı avqust ayı üzrə məlumatları təqdim edir:
2018-ci ilin avqust ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 802 xəbər yerləşdirilib. Bunlardan 29-u mənfi, 773-ü isə neytral xəbərlərdir. Mənfi xəbərlər Atəşgah Sığorta (17 xəbər – Sığorta şirkəti narazılıq yaradır.), Dövlət Sığorta Kommersiya Şirkəti (8 xəbər – Dövlət Sığorta Kommersiya Şirkəti Qazaxda büdrəyib) və ATA Sığortaya (4 xəbər – Vətəndaş: “Sığorta şirkəti pulumu tam ödəmir”) məxsusdur. Avqust ayında elektron mətbuatda bu sektorla əlaqəli müsbət xəbər verilməyib.
Xəbər sayına görə sıralama:
| 1 | AzSığorta | 107 xəbər |
| 2 | Atəşgah Sığorta | 105 xəbər |
| 3 | Dövlət Sığorta Kommersiya Şirkəti | 72 xəbər |
| 4 | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi | 66 xəbər |
| 5 | Paşa Sığorta | 50 xəbər |
| 6 | Paşa Həyat Sığorta | 46 xəbər |
| 7 | Qala Həyat Sığorta | 34 xəbər |
| 8 | AXA MBASK Sığorta | 34 xəbər |
| 9 | Atəşgah Həyat Sığorta | 33 xəbər |
| 10 | ATA Sığorta | 32 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 34 neytral xəbər dərc edilib. Avqust ayında yazılı mətbuatda bu sektorla əlaqəli müsbət və mənfi xəbər dərc olunmayıb.
Xəbər sayına görə sıralama
| 1 | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi | 12 xəbər |
| 2 | AzSığorta | 11 xəbər |
| 3 | Dövlət Sığorta Kommersiya Şirkəti | 4 xəbər |
| 4 | Atəşgah Sığorta | 3 xəbər |
| 5 | Rəvan Sığorta | 1 xəbər |
| 6 | Paşa Sığorta | 1 xəbər |
| 7 | Azal Sığorta | 1 xəbər |
| 8 | ATA Sığorta | 1 xəbər |
Avqust ayında televiziya kanallarında sığorta şirkətləri haqqında 16 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
| 1 | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi | 8 xəbər |
| 2 | Dövlət Sığorta Kommersiya Şirkəti | 8 xəbər |
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Əlaqə:
+994 12 409 90 09
+994 51 408 08 88
+994 12 408 08 88
[email protected]

