Azərbaycanda sürücülər üçün istirahət yerləri qurulacaq – VİDEO
05.03.2020 13:12Magistral yolların kənarında yük və sərnişindaşıma fəaliyyəti olan məşğul olan sürücülər üçün istirahət yerləri qurulacaq.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.
Qurumun sektor müdiri Nuridə Allahyarova deyir ki, ”Beynəlxalq Nəqliyyat Forumu” keyfiyyət xartiyası müəyyən edib. Azərbaycan da həmin foruma üzv olduğu üçün gələn ildən etibarən qurumun standartlarına uyğun olaraq sürücülərin rahat istirahət etməsi üçün müəyyən yerlər yaradılacaq.
Yüklə yanaşı, sərnişindaşıma ilə məşğul olan sürücülər də həmin məkanlardan istifadə edə biləcəklər.
Nuridə Allahyarova deyir ki, bunun üçün növbəti ildən etibarən həmin avtomobillərə taxoqraf cihazı quraşdırılacaq. Taxoqraf cihazı sürücülərin iş və fasilə rejminin müəyyən edəcək.
Qeyd edək ki, magistral yol kənarlarında olan istrahət məkanlarından ölkələrarası hərəkət edən əcnəbi sürücülər də istifadə edə biləcəklər.
Saytımız “xəzərxəbər”ə istinadən videoxəbəri təqdim edir:

