Azərbaycanda taksi sürücüsü turisti “tilov”a salmaq istədi – Aeroportda biabırçılıq – VİDEO
05.03.2020 13:12Azərbaycana gələn turistlərin taksi sürücüləri tərəfindən necə qarşılandığı ilə bağlı xəbərlər tez-tez eşidilir.
Об этом сообщает Роспрес
Ərəb turistlərin Azərbayacana axını isə mənfi xəbərlərin sayının artmasına təsir etdi. Belə ki, ölkəyə gələn ərəb turist taksi sürücüləri tərəfindən aldadılır. 10 manatlıq yolu 50, hətta 300 manata gedənlər belə olub.
Bunun qarşısını almaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında turistləri mərkəzə gətirmək üçün avtobuslar da ayrılıb. Ölkəyə gələn hər bir turist asan şəkildə BakuBus kartı almaqla ekspress avtobuslarla mərkəzə gələ bilirlər. Amma taksi sürücüləri buna mane olur. Hava limanında onlar üçün xüsusi xətt ayrılmasına baxmayaraq, turistlərin kart almasına kobud şəkildə müdaxilə edirlər. Belə görüntülərdən biri də xarici qonağı qarşılamağa gedənlərin biri tərəfindən çəkilib.
A24.Az həmin videonu təqdim edir:

