Azərbaycandan kimlər Adnan Oktarla bağlı konsulluğa şikayət etdi? – VİDEO
05.03.2020 13:12Türkiyə mediasında yayımlanan xəbərlərdə 6 ölkənin Adnan Oktardan şikayətçi olduğu bildirilib.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, həmin ölkələr Azərbaycan, Almaniya, Qazaxıstan, Hollandiya, Qətər və Avstriyadır.
Adı çəkilən ölkələrdən 51 zərəçəkmiş baş konsulluqlara gedərək Adnan Oktardan şikayətçi olub.
Qeyd edək ki, “Adnan Oktar cinayət təşkilatı” adı altında başladılan əməliyyat Türkiyədə daha da genişləndirilib. Aralarında iş adamlarının olduğu 187 nəfər nəzarət altına alınıb.
Adnan Oktara məxsus villada axtarış zamanı isə gizli keçidin olduğu üzə çıxıb və əməliyyat başladılan gün onun həmin gizli keçiddən istifadə edərək qaçdığı ortaya çıxıb.
Saytımız Türkiyə mediasında yayımlanan videogörüntünü təqdim edir:
A24.az / MTM

