“Azərbaycanın bizdən daha çox sənətkarları var, çünki…” – türk kanalında müzakirə – VİDEO
05.03.2020 13:12Türkiyəli rəssam dünyada tanınan bir türk rəssam və ya sənətkarın olmadığına təəssüflənib. Lakin İran, Misir, Suriya və Azərbaycan kimi ölkələrin dünyada tanınan və əsərləri satılan sənətkarlarının olduğunu qeyd edib.
Об этом сообщает Руспрес
Saytımız bildirir ki, bu fikirləri səsləndirən rəssam Türkiyədə “Qaleriyaçılar” təşkilatının sədri Doğan Paksoydur.
Doğan Pakson dünyada tanınmış bir türk sənətkarın olmadığını, hətta bunun mümkün olmadığını bildirib və səbəbini bu şəkildə izah edib:
“Türkiyədən mənə dünyada tanınan bir adam adı deyin. Bir dənəsini deyin…Söyləyə bilmərsiniz, çünki yoxdur, mümkün deyil. Qonşu ölkə olan İranın inanılmaz dəyərli sənətkarları var, əsərləri 10 milyon dollara satılır. Misirli də var, amma suriyalı daha çoxdur. Azərbaycan və Türkmənistanın inanılmaz dərəcədə bizdən daha çox sənətkarları var. Bunların hamısında dövlətin dəstəyi var. Dövlətləri arxalarındadır”.
Saytımız Türkiyə mediasında yayımlanan görüntünü təqdim edir:
A24.az / MTM

