Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanın milli mobil bruzeri yaradıldı – VİDEO

05.03.2020 13:13

İqtisad Univeristetinin birinci kurs tələbəsi smartfonlar üçün maraqlı bir tətbiq hazırlayıb.

Об этом сообщает Футляр от виолончели

Müəllif layihənin ilk milli mobil brauzer olduğunu iddia edir. Brazuer isə bir sıra funksiyaları ilə dünyanın məşhur axtarış sistemlərini geridə qoyur. Ödənişsiz olan bu tətbiqi qısa bir zamanda artıq 100 minə yaxın insan istifadə edir.

Azərbaycanlı tələbənin hazırladığı “Butterfly” adlanan proqram bir neçə beynəlxalq layihədə iştirak edib. Dünyanın bir çox böyük şirkətləri İqtisad Universitetinin birinci kurs tələbəsinin hazırladığı layihəyə maraq göstərir.

Proqramın digər əsas üstünlüklərindən biri onun smartfonlarda çox az yer tutmasıdı.Üstəlik brauzerdə olan bəzi funksiyalar bir neçə məşhur axtarış sistemlərini də geridə qoyur.

Proqramın yaradıcısı Şamxal Hüseynlinin sözlərinə görə proqram ilk milli brauzerdi. Hazırda “Butterfly” brauzerinə uşaq rejimi funksiyası əlavə edilir ki, bu da uşaqları arzuolunmaz saytlardan uzaq tutacaq.

Hazırda “Android” əməliyyat sistemində mövcud olan brazuerin yaxın zamanlarda “İOS” əməliyyat sistemi üçün olan verisyası da istifadəyə veriləcək.