Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanlı gənc istedaddan yenilik: 3 kitabında da VƏTƏNPƏRVƏRLİK sərgilədi

05.03.2020 13:13

Naxçıvan Universitetinin novatorçu müəllimi azərbaycanlı tələbələri düşünərək yeniliyə imza atıb.
A24.Az xəbər verir ki, Elmira Hüseynova müəllifi olduğu ilk kitabda milli ornamentlərə yer vermişdi.

Об этом сообщает Футляр от виолончели


Həmin kitab silsiləsinin davamı olaraq Hüseynova bir pillə daha çətin dərəcəni öyrənmək istəyənləri də düşünüb. Belə ki, gənc müəllim nisbətən daha qarışıq tapşırıq və qaydaların olduğu kitabını İngilis dilini inkişaf etdirmək istəyənlərə təqdim edib.


Nəhayət müəllifin üçüncü kitabı isə bir azərbaycanlı olaraq bizi qürürlandırır. Çünki bu kitab beynəlxalq kitab şirkəti olan “OmniScriptu Publishing Group” tərəfindən elektron olaraq satışa çıxarılıb. Bununla yanaşı qürür duyulmalı bir digər nüans isə bu təklifin qarşı tərəfdən- beynəlxalq nəşriyyat evi tərəfindən edilməsidir.


Birinci və ikinci nəşrlərdə Azərbaycanın ağrılı yönləri: işğal olunmuş torpaqlarımız, 20 yanvar, Xocalı, Qarabağ döyüşləri, Məhəmməd Əmin Rəsulzadə, Cümhuriyyətin 100 illiyi kimi mövzular yer alıb. Müəllif bununla da Azərbaycanı və Azərbaycanın qan yaddaşını  kitabsevərlərə aşılamağa, öyrətməyə, onları məlumatlandırmağa çalışıb.
Üç kitabın ortaq cəhəti isə milli ad və hadisələrin yer alması, qayda və tapşırıqların milli ornamentlər üzərində qurulmasıdır.

Qeyd edək ki, Naxçıvan Universitetinin müəllimi olan Hüseynova bu gün üçün adıçəkilən universitetdə həmin kitablardan tədris vasitəsi kimi də istifadə edir.

Bu cür gənc istedadlar bir o qədər də qiymətləndirilməsə və tanınmasa da onlar gəncliyi milli ruhda yetişdirməyə ümid edirik ki, davam edəcəklər.
Müəllifə uğurlarının davamını diləyirik.
Xəyalə Vaqif