Azərbaycanlı iş adamından aktrisaya əxlaqsız təklif: “Səninlə bir gecə …” – VİDEO
05.03.2020 13:13Türkiyəli aktrisa Özge Borak sosial media hesabında azərbaycanlı iş adamının ona etdiyi əxlaqsız təklifini ifşa edib.
Об этом сообщает Роспрес
Saytımız türk mediasına istinadən xəbər verir ki, aktrisa iş adamının ona etdiyi əxlaqsız təklifi şəxsi hesabından izləyiciləri ilə paylaşıb.
Özge Borakın paylaşımda yazılanlar: “Azərbaycanlı iş adamıyam, Moskvada yaşayıram. Bir gecə səninlə 1 milyon dollar… Hesabını de, pulu dərhal yatırım”.
36 yaşlı aktrisa əxlaqsız təklifi paylaşdıqdan sonra “İnstagram”ın hekayə bölümündə “ümumiyyətlə, çox izləyici mesajı paylaşmaram. Daha çox gülməli və qeyri-adi olanda paylaşıram. Qadın, kişi fərq etməz, hər kəsə olmasa da bəzilərinə cavab verməyə çalışıram, bilən bilir. Bundan başqa sevgi mesajları da çox olur, çox sağ olun. Məncə, qədərində olanda hörmərsizlik olmur. Amma buna nə deyəcəyimi bilmədim. Pis, həddini bilməyən. Ən yaxşısı bunu deyim: biz onun dizisini çəktik, canım” ifadələrini işlədib.
Qeyd edək ki, komediya aktyoru Ata Demirerlə evli olan Özge Borak rəngarəng və zarafatcıl paylaşımları ilə hər zaman diqqət çəkir.
MTM / A24.az

