Azərbaycanlı qadın Ərdoğan üçün ağladı: “Onu çox sevirəm, canımı ona fəda edərəm – VİDEO
05.03.2020 13:13Türkiyə kanallarından birin keçirdiyi sorğuda azərbaycanlı qadın Ərdoğan üçün ağlayıb.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, sorğunun məqsədi seçkilərdə qələbə qazanan Ərdoğan haqqında ölkə əhalisinin fikirlərini öyrənmək olub.
Sorğuda şəhərdə gəzməyə çıxan 3 azərbaycanlı qadın da iştirak edib. Lakin onlardan birinin Ərdoğana olan sevgisi diqqət çəkib. Qadın danışığının əvvəlində gözləri dolub, müxbirin sualından sonra sözlərinə ağlayaraq davam edib:
“Ərdoğan gözəl işlərinə görə seçkiləri qazandı. Bütün dünya, eləcə də Azərbaycan Ərdoğanı çox sevir. And içirəm ki, bir deyil, yüz canım olsa gözümü qırpmadan ona qurban verərəm. Çünki o, Türkiyəni çox gözəl edib, xoşbəxt edib. Hər bir ölkədə elə bir prezidentin olmasını istərdik. Türkiyə ilə Azərbaycan qardaş ölkə olduqca biz də onu prezident olaraq gördüyümüz zaman çox xoşbəxtik. Onu o qədər sevirik ki, sanki yeni Atatürkdür. Türkiyə çox xoşbəxt ölkədir ki, onun belə prezidenti var. Mən göz qırpmadan min canım olsa ona fəda edərəm. O buna layiqdir, o bunu qazandı. Bütün ölkələr onu çox sevir. Mən onu çox sevirəm. Bütün Azərbaycan onu çox sevir. O çox gözəl bir insandır, ona dəyər vermək lazımdır”.
Azərbaycanlı qadın Ərdoğan haqqında ürək sözlərini deyəndən sonra bir təklif irəli sürüb. O, Ərdoğandan Türkiyəyə gələn azərbaycanlılara heç olmasa 3 ay vizasız qalma izni verməsini istəyib.
Saytımız Türkiyə mediasında yayımlanan videogörüntünü təqdim edir:
A24.az / MTM

