Bərdədə 13 yaşlı məktəbli qızı avtomobili vurdu
05.03.2020 13:13Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Об этом сообщает Футляр от виолончели
A24.az “Report”a istinadən xəbər verir ki, rayonun Bakı küçəsində yerli sakin Şamxal Abdullayevin idarə etdiyi “Hyundai” markalı avtomobil yolu keçmək istəyən rayon sakini, 2005-ci il təvəllüdlü Əliyeva Şölə Elçin qızını vurub.
Müxtəlif bədən xəsarətləri alan piyada qəza törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, 13 yaşlı Ş.Əliyeva 7 sinif şagirdidir. Hadisə o, hazırlıqdan çıxıb evə gedərkən baş verib.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

