Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bərdədə gənc oğlanın intihar etməsinin təfərrüatları – AÇIQLAMA

05.03.2020 13:13

Bərdə rayonunun Zümürxan kəndində gənc oğlanın ölümün bəzi təfərrüatları məlum olub.

Об этом сообщает Футляр от виолончели

Kənd icra nümayəndəsi Mübariz Abbasov A24.Az-a bildirib ki, intihar etdiyi deyilən Təvəkkül Qəhrəman oğlu Əmiraslanovun 23 yaşı olub:

“Təzə ailə qurmuşdular. Sevdiyi xanımla da ailə qurub. Yəni, xoşbəxt idilər. Heç bir problemləri yox idi. İndi bilinmir ki, intihar edib, yoxsa, öldürüblər. Çünki adamın inanmağı gəlmir ki, belə bir insan özünü öldürsün. Həmin günü evdə də başqa adam olmayıb. Yoldaşı ilə özü olub. Hələ ki, araşdırmalar gedir, yəqin ki, əsl həqiqət üzə çıxacaq. Həyat yoldaşı da hamilə idi, yaxın günlərdə ata olacaqdı”.

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırmalar aparılır.

Bərdə rayonunda 21 yaşlı oğlan intihar edib.

A24.Az xəbər verir ki, hadisə Zümürxan kəndində baş verib.

Rayon sakini, 1997-ci il təvəllüdlü Təvəkkül Qəhrəman oğlu Əmiraslanov özünü yaşadığı evdə asıb.

T.Əmiraslanovun həyat yoldaşı ilə mübahisə etikdən sonra intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Report