Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakı-Balakən sərnişin qatarında ölüm hadisəsi baş verdi

05.03.2020 13:13

Bakıdan qatarla Qaxa gedən sərnişin qatarda dünyasını dəyişib.

Об этом сообщает Футляр от виолончели

A24.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Balakən istiqamətində hərəkət edən sərnişin qatarında baş verib.

Qatarın sərnişini, Qax rayonunun Qum kənd sakini, 1961-ci il təvəllüdlü Tərlan Məmməd oğlu Mahmudov anidən dünyasını dəyişib. Hadisə ilə bağlı Qax rayonu, Kötüklü stansiyasına Təcili Tibbi Yardım maşını cəlb olunub. Təcili Tibbi Yardımdan “Report”a verilən məlumata görə, onlar hadisə yerinə getdikdə artıq T.Mahmudov ölmüş vəziyyətdə olub. Onun ölümünə səbəb kimi kəskin ürək çatışmazlığı gösətərilir.

Məlumata görə 57 yaşlı T.Mahmudov ürəyində yaranan narahatlıqla bağlı 2 gün öncə Bakı şəhərinə müayinəyə gedibmiş.

Faktla bağlı araşdırma aparılır.