Bakı küçələrində gecələyən gənc oğlan KİMDİR?
05.03.2020 13:14Bakıda küçələrdə gecələyən daha bir kimsəsiz kişinin görüntüləri yayılıb.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, uşaqlar evində böyüdüyü deyilən gənc oğlanın sosial şəbəkələrdə yayılan görüntüləri müzakirə mövzusuna çevrilib. Belə ki, Füzuli küçəsi ilə Mərdanaov qardaşları küçələrinin kəsişməsində yerləşən ərazidə gecələyən gənc oğlan sığınacağa yerləşdirilməsi üçün sosial şəbəkədən müvafiq orqanlara müraciət edib.
“Üç gündür mən hər səhər işə gedərkən ürək dağlayan bir mənzərənin şahidi oluram. Füzuli küçəsi ilə Mərdanaov qardaşları küçələrinin kəsişməsində, arkanın altında bu gənci beton piltələrin üzərində yatmış vəziyyətdə görürəm. Ətraf mağazada işləyənlərin dediyinə görə, bu gənc yetimxanadan çıxıb, heç kəsi yoxdur. Bu paylaşımı etməklə ikili hiss keçirirəm. Bəlkə də, bu gəncə kömək etmək məqsədi ilə etdiyim bu paylaşım əks təsirə səbəb olsun, artıq sabah onu bu “isti yerindən” məhrum edən hansısa bir qurum meydana çıxsın. Çox ümid edirəm ki, onun imdadına çatanlar tapılar” – deyə, Gülya Quliyeva adlı feysbuk istifadəçisi onun fotosu paylaşaraq şərh edib.

