Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakı Limanı köçürülür

05.03.2020 13:14

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının köçürülməsinə başlanılıb.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, hazırda limandakı kranların sökülməsi prosesi gedir.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Vəfa Səfərlinin sözlərinə görə, növbəti il əməliyyatların böyük bir hissəsi Ələtdə olacaq. 2019-cu ilin I rübündən bütün əməliyyatlar orada həyata keçiriləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən aldığımız məlumata görə, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında müasir sərnişin terminalının tikintisi nəzərdə tutulub.

Terminal ildə 150 min sərnişinə xidmət göstərəcək. Eyni zamanda, Bakı Limanında növbəti ildən elektron bilet satışı tətbiq olunacaq ki, sərnişinlər biletləri internet üzərindən və yaxud xüsusi proqram yükləməklə əldə edə biləcəklər.

Eyni zamanda, qeyd edək ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Bakı Limanında 3,9 milyon ton yük aşırılıb və ümumi yük dövriyyəsinin 52 faizi Türkmənistanın payına düşüb. Bu ilin may ayında qonşu ölkədə yeni Türkmənbaşı Limanının istifadəyə verilməsi və “Lapis Lazuli” beynəlxalq nəqliyyat dəhlizinin işə düşməsi ilə Türkmənistanla yük dövriyyəsinin artacağı gözlənilir.