Bakı məktəblərində monitorinq keçirildi
05.03.2020 13:14Bakının ümumi təhsil müəssisələrinin II, IV, VI və VIII sinifləri üzrə monitorinq təşkil olunub.
Об этом сообщает Футляр от виолончели
Bu barədə A24.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, BŞTİ tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış fənləri üzrə keyfiyyəti artırmaq, məktəb özünüqiymətləndirməsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir.
Paytaxtın 12 inzibati rayonu üzrə təşkil olunmuş monitorinq zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanılıb.
Monitorinqin nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulur.

