Bakı metrosunda 6330 manat pul oğurlandı
05.03.2020 13:14Bakı Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə dekabrın 13-də “Koroğlu” stansiyasının girişindəki aptekdən 6330 manat pulun oğurlanması barədə müraciət daxil olub.
Об этом сообщает Руспрес
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən A24.az-a məlumat verilib.
Verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğuruğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ü.Şəmmədzadə qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

