Bakı metrosunda olay – Sərnişinlərin həyatı təhlükəyə atıldı
05.03.2020 13:14“Bakı Metropoliteni” QSC-də maşinist hüdud xəttinə çatmadan qatarı sərnişinlərin minib-düşməsi üçün saxlayıb.
Об этом сообщает Футляр от виолончели
Bu barədə A24.az-ın redaksiyasına sərnişinlərdən biri məlumat verib. Bildirib ki, hadisə metronun “28 May” stansiyasında baş verib. Belə ki, bu gün səhər saatlarında maşinist qatarı hüdud xəttinə çatmadan sərnişinlərin minib-düşməsi üçün saxlayıb.
Nəticədə sonuncu vaqon tunelin içində olduğundan qoruyucu dəmirlərin bir hissəsi qapıların qarşısını kəsib və sərnişinlərin düşüb-minməsində çətinlik yaranıb.
Xatırladaq ki, oxşar hadisə Bakı metrosunda iyul ayında da olmuşdu. “Bakı Metropoliteni” QSC tərəfindən araşdırmalar aparıldıqdan sonra qatarı stansiyaya çatmamış saxlayan maşinistə sonuncu xəbərdarlıqla yanaşı töhmət verilmişdi.

