Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət etdi

05.03.2020 13:14

Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə müraciət edib.

Об этом сообщает Руспрес

Qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Babək prospekti kənar yolla Məzahir Rüstəmov küçəsinin kəsişməsində kommunikasiya xəttinin dəyişdirilməsi ilə əlaqədar qazıntı işləri aparılır: “Lakin iş icraçıları tərəfindən yolda hər hansı bir təhlükəsizlik tədbiri görülməyib. Yolda qazıntının olduğunu bildirən zəruri nişanlanma işləri təşkil edilməyib”.

“Bununla yanaşı, M.Rüstəmov küşəsində işıqlandırma olmadığından hərəkətin təhlükəsizliyi baxımından ciddi çətinliklər yaranıb. Qeyd edilənləri nəzərə alaraq sürücülərdən ehtiyatlı olmalarını xahiş edirik”, – o deyib.