Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakı-Quba yolu bağlandı – QƏZAYA GÖRƏ – VİDEO

05.03.2020 13:14

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi iki saata yaxın tıxac yaradıb.

Об этом сообщает Роспрес

A24.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Xızı rayonunun Yaşma kəndindən keçən hissəsində baş verib. Belə ki, Bakıdan Rusiyaya meyvə aparan “TIR” markalı yük avtomobili qəza törədərək yolun ortasında aşıb. Nəticədə magistral yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, yük avtomobilinə xeyli ziyan dəyib. Eyni zamanda, avtomobildə olan məhsulun bir hissəsinin yararsız hala düşdüyü bildirilir.

Qeyd edək ki, hazırda əraziyə cəlb olunan Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması üçün müvafiq işlər aparılır.

Faktla bağlı araşdırmalara başlanılıb.