Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakı-Quba yolunda piyadanı maşın vuraraq öldürdü

05.03.2020 13:14

Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Об этом сообщает Футляр от виолончели

1961-ci il təvəllüdlü yerli sakin Qəmbərov Afiq Həsən oğlu magistral yolu keçərkən onu qarşı tərəfdən sürətlə gələn avtomobil vurub.

Yaralı ağır vəziyyətdə dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzaya yolun hadisə baş verən hissəsində işıqlandırma sisteminin olmaması səbəb kimi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Gəncədə mikroavtobus piyadanı vurub.//Report.Az