Bakı yollarını və keçidləri yağış suları basdı – VİDEO
05.03.2020 13:14Səhər saatlarından başlayaraq paytaxt Bakıya yağmağa başlayan güclü yağış fəsadlar törədib.
Об этом сообщает Руспрес
Saytımız “Report”a istinadən xəbər verir ki, leysan yağış paytaxtın bəzi küçələrini və yollarını su altında qoyub.
Yolları su basması maşınların hərəkətini çətinləşdirib ki, bu da tıxaclara səbəb olub. Həmçinin küçələr və yeraltı keçidlər piyadalar üçün də keçilməz olub.

