Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda “365 GÜN DOSTLARLA” adlı yubiley sərgisi təşkil ediləcək

05.03.2020 13:15

Uluslararası Aktivist Sanatçılar Birliyi (UASB) Azərbaycan Təmsilçiliyi “Sedet ART Gallery”nin fəaliyyətinin 1 ili tamam olması ilə əlaqədar “365 GÜN DOSTLARLA” adlı yubiley sərgisi təşkil edir.

Об этом сообщает Роспрес

A24.az  xəbər verir ki, sərgi 7 yanvar tarixdə, Bakı şəhəri, S.Vurğun bağının yanı, 28 may küçəsi 86-da yerləşən “Sedet ART Gallery”də baş tutacaq. UASB-nin Azərbaycan bölməsinin rəhbəri, “Sedet ART Gallery”nin sahibi Nəvai METİN bildirib ki, “365 GÜN DOSTLARLA” adlı yubiley sərgisində tanınmış rəssamlarla yanaşı, “Sedet Rəsm Kursları”nda iştirak edən azyaşlıların da əl işləri nümayiş olunacaq. Nevai Metin açıqlamasında çox sevincli olduğunu deyib: “Bir yaşımızın tamam olması təbii ki, bizi kollektiv olaraq sevindirir. Belə ki, keçdiyimiz bu yolda çoxsaylı tələbələrimiz oldu, bir neçə tələbəmiz ali təhsil ocaqlarına daxil oldular. Bu qarışıq zəmanədə gənc nəslin tərbiyyəsində zərrə qədər də olsa izimiz göründü. Bu da, əlbəttə ki, bizi çox sevindirir”. N.METİN bütün sənətsevərləri sərgiyə dəvət edib: “Hər zaman demişəm, indi də təkrar edirəm ki, dünyanı bəlalardan, müharibələrdən, savaşlardan, çəkişmələrdən, insanları pisliklərdən, ded-qodudan, paxıllıqdan ancaq və ancaq sənət xilas edə bilər. Sənət, mədəniyyət, incəsənət dünyanın, insanların, insanlığın, cəmiyyətin, bir sözlə, bəşəriyyətin xilasıdır. Nicatımız sənətdən asılıdır. Nə qədər çox sənətlə məşğul olsaq, övladlarımızı sənətə yönəltsək, bir o qədər çox sağlam fikirli, sağlam düşüncəli olarıq, sağlam övladlar yetişdirə bilərik. Rəssamlıq da sənətin, incəsənətin, mədəniyyətin bir qoludur, həm də olduqca maraqlı sahədir. İnsan rənglərin sehrli dünyasına düşdükcə fikri-zikri ancaq yaratmaqda, ətrafa gözəllik bəxş etməkdə, göz oxşamağa çalışmaqda olur. Bununla da həm özü mənən qidalanır, həm də ətrafına mənəvi qida verir. İnsan çəkdikcə daha çox sevir, hətta qarışqanı, mənasız görünən saman çöpünü, tikanı, çınqılı-daşı belə sevir. Sevdikcə gözəlliklər yaradır, yaratdıqca da özü daha çox sevilir. Bu zaman insanın pis fikirlərə, düşüncələrə dalmağa, xoşagəlməz işlərlə məşğul olmağa nə həvəsi, nə də zamanı qalmır. Düşünün bir, sevgi, gözəllik bəxş etməyə missiyalı bir insandan dünyaya zərər gələrmi? Əlbəttə ki, yox! O üzdən mən hər kəsi sənətə, mədəniyyətə, incəsənətə dəvət edirəm. Yeganə nicat yolumuz sənətdir və əl-ələ verərək sənətin yaşaması üçün, daha doğrusu, dünyamızı qorumaq, yaşatmaq üçün sənəti yaşatmalıyıq. Elə bu amacla da bütün sənətsevərləri, dostlarımızı, ümumiyyətlə hər kəsi “365 GÜN DOSTLARLA” adlı yubiley sərgimizə dəvət edirəm. Gəlin ki, bir neçə saat olsa belə sənət adına, dostluq adına birləşək, sənətdən zövq alaq”.