Bakıda 6-cı mərtəbədən düşərək ölən uşağın valideynləri cavab verəcək – Cinayət işi açıldı
05.03.2020 13:15Bakıda 3 yaşlı uşaq 6-cı mərtəbədən düşərək ölüb.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, valideyn diqqətsizliyi və səhlənkarlığı ucbatından iyulun 19-da saat 12 radələrində paytaxtın Qaradağ rayonunda 2015-ci il təvəllüdlü Quliyeva Aytac Eşqin qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

