Bakıda ağır yol qəzası – Sürücü yaralandı – VİDEO
05.03.2020 13:15Bakıda yol nəqliyyat hadisəsi baş verib.
Об этом сообщает Футляр от виолончели
A24.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Qaradağ rayonunun Səngəçal qəsəbəsində qeydə alınıb. Belə ki, yüksək sürətlə hərəkətdə olan 10 FV 015 dövlət qeydiyyat nişanlı VAZ 21015 markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb.
Nəticədə sürücü ağır xəsarətlər alıb.
O, hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stasniyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.

