Bakıda aptek və mağazalardan oğurluq edən şəxs saxlanıldı
05.03.2020 13:15Xətai Rayon Polis İdarəsinə Zığ Yolu küçəsində yerləşən apteklərdən birinin qapısının naməlum şəxs tərəfindən sındırılaraq içəridəki kassadan 1200 manatın oğurlanması barədə məlumat daxil olub.
Об этом сообщает Руспрес
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən A24.Az-a bildirilib ki, idarə əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib obyekt sahibinin izahatı alınıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Abdulrəhman Dadaşov qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib.
Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun paytaxtın digər rayonlarında yerləşən apteklərdən və mağazalardan da silsilə oğurluqlar etdiyi məlum olub.
Qeyd olunan faktlarla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

