Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda arvadını bıçaqlayan şəxsin cəzası bilindi

05.03.2020 13:15

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən Niyaməddin Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Об этом сообщает Руспрес

A24.Az-ın xəbəribə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

Qeyd edək ki, N.Tağıyev Bakıda ailə münaqişəsi zəminində həyat yoldaşı Şahnaz Tağıyevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan N.Tağıyev barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.