Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda ata övladını küçədə döydü – VİDEO

05.03.2020 13:15

Uşağını küçədə döyən ata barədə yayılan məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılacaq.

Об этом сообщает Футляр от виолончели

Bunu oxu.az-a açıqlamasında komitənin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

Onun sözlərinə görə, hazırda məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir:

“Faktla bağlı valideynə xəbərdarlıq ediləcək və məsələ barədə müvafiq tədbirlər görüləcək”.

Pərviz Əliyev qeyd edib ki, bu cür hadisələr ölkənin nüfuzuna xələl gətirir:

“Dəfələrlə buna qarşı tədbirlər keçirilib. Bu cür faktlar olan zaman araşdırma aparılır. Uşağını küçədə döyən ata barədə yayılan məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılacaq və məlumat veriləcək”.

Qeyd edək ki, Unikal.org saytında övladını döyən atanın videogörüntüləri yerləşdirilib.