Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda bəhreynli turist qəza törətdi

05.03.2020 13:15

Nəsimi rayonunda iki avtomobil toqquşub.

Об этом сообщает Роспрес

Saytımız “Report”a istinadən xəbər verir ki, qəza zamanı hər iki avtomobil deformasiyaya uğrayıb.

Belə ki, yol-nəqliyyat hadisəsi Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsində qeydə alınıb. Bəhreyn vətəndaşı Səid Həsən kirayə götürdüyü “KİA” avtomobillə A.A Bakıxanov küçəsində orta yolla hərəkətdə olarkən qəfil sola dönmə əməliyyatı edib. Bu zaman sol yolla hərəkət edən “Nissan” “KİA” ya çırpılıb. Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb. Hadisə yerində yol polis əməkdaşları olublar. Sürücülərin ifadələri alınıb.

Avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.