Bakıda betonqarışdıran maşın belə aşdı – AZ QALA DƏNİZƏ DÜŞƏCƏKDİ
05.03.2020 13:15Dünən səhər saatlarında Bakı şəhərinin Səbail rayonu ərazisində ağır yol qəzası baş verib.
Об этом сообщает Роспрес
A24.Az publika.az-a istinadən xəbər verir ki, Şıxovdan Bibiheybət qəsəbəsi istiqamətində gələn yolda (məscidə çatmamış) ağırtonnajlı betonqarışdıran yük maşını sərt döngədə idarəetmədən çıxaraq aşıb. Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.
Qeyd edək ki, xoşbəxtlikdən maşın sürüşərək dənizə düşməyib. Hadisə şahidlərinin köməkliyi ilə ağır xəsarət alan sürücü kabinadan çıxarılıb.
İlkin məlumata görə, qəzaya ağır yük aparan maşının manevr qaydalarını pozması səbəb olub

