Bakıda yolun təmirə bağlanması təxirə salındı – YENİLƏNİB
05.03.2020 13:15Heydər Əliyev prospektinə qalxan yol qovşağının geri dönmə hissəsinin bağlanması təxirə salındı.
Об этом сообщает Руспрес
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) A24.az-a verilən məlumata görə, bu gün üçün Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissənin bağlanmasının təxirə salındığı bildirilib.
Hərəkətin məhdudlaşdırılması ilə bağlı yeni məlumat olan kimi paylaşılacaq.
Bakının Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissə tam olaraq bağlanır.
Bu barədə A24.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, bu, ərazidə təmir işlərinin aparılması ilə əlaqədardır.
“Sürücülərdən bunu nəzərə almaları və öncədən hərəkət istiqamətlərinə uyğun digər geri dönmə hissələrdən istifadə etmələri xahiş olunur. AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir” – deyə, A.Nəcəfli əlavə edib.

