Bakıda bu yollarda hərəkət iflic oldu – SİYAHI
05.03.2020 13:15
Bu dəqiqlərdə paytaxt yollarında, o cümlədən də 28 May küçəsi-Rəşid Behbudov küçəsi istiqamətində, Rəşid Behbudov küçəsi-Mərkəzi Bank istiqaməti, Tbilisi prospekti-hər iki istiqamətdə, Koroğlu Rəhimov küçəsi-Fətəlixan Xoyski prospekti istiqamətində, Ziya Bünyadov prospekti – Hər iki istiqamətdə, Üzeyir Hacıbəyov küçəsi – Mərkəz istiqamətində sıxlıq müşahidə edilir.
A24.Az xəbər verir ki, bu haqda məlumatı Bakə Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, hazırda yollarda hərəkətin normal axınını təmin etmək üçün zəruri tədbirlər görülür. Mümkün olan küçə və prospektlərdə yaşıl dalğa tətbiq edilir.
Sıxlıq səbəbindən əksər marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb.
Об этом сообщает Роспрес

