Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda daha bir avtobus qəzası – 1 nəfər öldü

05.03.2020 13:16

Bakıda marşrut avtobusunun vurduğu piyada ölüb.

Об этом сообщает Роспрес

A24.az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Bakı şəhər sakini Abışov Elman Dadaş oğlunun idarə etdiyi “Daewoo” markalı, 108 saylı xətt marşrutu üzrə hərəkətdə olan avtobusla yolu keçən Çingiz Haqverdiyevi vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Ç.Haqverdiyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş səxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.