Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda daha bir silahlı atışma – Ölən və yaralanan var – RƏSMİ

05.03.2020 13:16

Noyabrın 17-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən pansionatın qarşısında silahlı insident baş verib. Nəticədə həmin ərazidə yaşayan Sərvər Quliyev güllə xəsarəti, onun ögey qardaşı, əvvəllər məhkum olunmuş Anar Hüseynov isə alın nahiyəsinin əzilmiş xəsarətləri ilə xəstəxanaya gətiriliblər.

Об этом сообщает Футляр от виолончели

Bu barədə A24.Az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə S.Quliyevin vəziyyəti orta ağırdır. A.Hüseynov isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən qəsəbə sakini Qorxmaz Əliyev saxlanılıb, cinayəti törədərkən istifadə etdiyi, kustar üsulla hazırlanmış “Naqan” tipli tapança götürülüb.

Qeyd edək ki, həmin günü Şüvəlan qəsəbəsində daha bir silahlı atışma baş verib.  Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi “avtoş 012” ləqəbi ilə tanınan Cabir Babayevin ayağına xəsarət yetirib hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilmiş C.Babayev saat 17 radələrində ölüb.

Xəzər rayon Polis idarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Şərifov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş “İJ” markalı tüfəng götürülüb.

Hər iki faktla bağlı cinayət işi açılıb. Araşdırmalar aparılır.